İstək, məqsəd, məram. (“Koroğlu” dastanının lüğəti)
İstanbuldan buta alıb gəlmişəm,
İstanbulda arzumanım qalmadı.
Çənlibel oylağım, Qırat dayağım,
At minməkdə arzumanım qalmadı.
(“Koroğlunun İstanbul səfəri”)
*
İllər ilən arzumanın çəkərəm,
Əfqanımdan zara gəldi el, sonam!
Aşiq oldum, mən günahkar olmadım,
Gözüm yaşı ümman oldu, sel, sonam!
(Gürcü əlifbası ilə yazılmış əlyazması)
*
Qəcər Alı Toqatın lap arzuman pəhləvanlarından idi. (“Həmzənin Qıratı aparmağı”)